Ötən ilin yayında olduğu kimi, yenə də Neymarın PSJ-dən “Barselona”ya qayıdacağı haqda məlumat yayılıb.

Əgər ötən mövsüm Paris klubunun braziliyalının gedişinə razı olmadığı deyilirdisə, indi PSJ-nin “Barselona”ya güzəştə gedəcəyi ilə bağlı xəbərlər dolaşır. Hələ ki, Neymar bu barədə heç bir açıqlama vermir. Bəs görəsən onun atası nə fikirləşir? Neymar Santosu dinləyək: “Barselona”da oynamaq oğlumun uşaqlıq arzusu idi. O ki, qaldı onun yenidən Kataloniya klubuna qayıdacağına, Neymar öz yolunu özü müəyyənləşdirəcək. Mən onun yalnız maliyyə məsələlərini həll edirəm”.